İDMAN


Futbolçumuz Polşa klubuna keçib

Bakı, 16 fevral, AZƏRTAC

Azərbaycanın U-21 millisinin sabiq futbolçusu, 2011-2019-cu illərdə "Keşlə"də çıxış edən Fuad Bayramovun yeni klubu müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, o, karyerasını Polşada davam etdirəcək. Yarımmüdafiəçi 3-cü liqa təmsilçilərindən "Ostroveç-Şventokşisi" ilə razılığa gəlib. Oyunçu klubla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, ötən aydan bu komandanın düşərgəsində olan F.Bayramov bir neçə yoxlama oyununa da çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.