İDMAN
Futzal üzrə Azərbaycan kuboku yarışlarının 1/16 final mərhələsinin püşkü atılıb
Bakı, 23 yanvar, AZƏRTAC
Yanvarın 23-də Bakı İdman Sarayında futzal üzrə Azərbaycan kuboku yarışlarının 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə 32 komanda iştirak edəcək. Onlardan 10-u Yüksək Liqanın təmsilçisidir. Qalan iştirakçılardan 7-si Birinci, 13-ü isə İkinci Liqa komandalarıdır. Daha 2 komanda Naxçıvan Futzal Liqasında çıxış edən kollektivdir.
Püşkün nəticəsinə görə, növbəti turda “Araz”-“Baker Hughes”, “Marafon”-“Altay”, EKOL-NTD, “Neftçi”-“Gənclik”, “Baku Fire”-“Advokat”, “Premier” (Quba) - Bibi-Heybət, “Bakı”-“Nəqşicahan”, “Record club”-“Hövsan”, “Xızı”-“Baker Tilly”, “Yasamal”-“Atletiko Baku”, “Standard”-“Dalğa”, “Forza Neftçi”-“Badamlı”, “Star karqo”-“Star karqo-2”, “Red Line”-“Borçalı”, “Baku Fans”-“Zəngilan” və “Yasamal-2”-“Yurd” oyunları keçiriləcək.
Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları fevralın 6-8-də, cavab görüşləri isə bir həftə sonra - fevralın 14-16-da təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]