SİYASƏT


Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi Türkiyə telekanallarında canlı yayımlanıb

Ankara, 26 oktyabr, AZƏRTAC

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfəri qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC verir ki, “TRT Haber”, “Haber Global” telekanalları Prezident Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanında qarşılanma mərasimini və aeroportun açılışını canlı yayımlayıb.

Səfərin əhəmiyyəti və vacibliyini xüsusi qeyd edən Anadolu agentliyinin xəbərləri ölkənin əsas media qurumları tərəfindən geniş yayılıb.

İnformasiyalarda diqqətə çatdırılıb ki, Füzuli Beynəlxalq Hava Limanına səfər edən ilk xarici dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb və liderlər səmimi görüşləri ilə bütün dünyaya növbəti dəfə qardaşlıq mesajı veriblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.