REGİONLAR
Füzuli Dövlət Dram Teatrı Yeni il qabağı uşaqları “Qış möcüzəsi” adlı şou-proqramla sevindirəcək
Füzuli, 2 dekabr, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrı uşaqları Yeni il münasibətilə “Qış möcüzəsi-2” adlı şou-proqramla sevindirəcək.
AZƏRTAC xəbər verir ki, dekabrın 15-dən etibarən teatrın binasında, həmçinin rayonun işğaldan azad olunmuş kəndlərində və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə təqdim olunacaq proqramın ssenari müəllifi teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi Vaqif Vəliyev və ədəbi hissə müdiri Əfsanə Kərimova, quruluşçu rejissoru Asif Şirinovdur. Müxtəlif nağıl və cizgi filmi qəhrəmanlarının, Şaxta baba və Qar qızın başına gələn maraqlı qış əhvalatlarının yer aldığı proqramda uşaqların əylənməsi, Yeni il bayramını daha yaddaqalan və maraqlı keçirmələri üçün müxtəlif oyunlar təşkil olunacaq.
Hazırda teatrda “Qış möcüzəsi-2” adlı şou-proqramın məşqləri gedir.