REGİONLAR
Füzuli rayonunda koronavirus pandemiyasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir
Füzuli, 23 iyun, AZƏRTAC
Füzuli rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə profilaktik tədbirlər davam etdirilir. Epidemiya ilə bağlı tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz işlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun işğaldan azad edilmiş ərazilərində dezinfeksiya tədbirləri çərçivəsində yollar, küçələr, parklar, yaşayış binalarının giriş və pilləkənləri xüsusi dezinfeksiyaedici məhlullar vasitəsilə yuyulur. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə yaradılmış mobil qruplar tərəfindən yaşayış məntəqələrində əhali arasında profilaktik-maarifləndirici söhbətlər aparılır. Sakinlərə toplu halında yığışmamaq, qoruyucu maskalardan, dezinfeksiyaedici məhlullardan istifadə etmək, şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək, məsafəni saxlamaq, özlərində virusun simptomlarını hiss edən zaman dərhal Təcili Tibbi Yardıma müraciət etmək tövsiyə olunur.