Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

GƏNCLƏR GÜNÜ GENİŞ QEYD OLUNMUŞDUR

AZƏRTAC xəbər verir ki, Azərbaycan Gəncləri günü münasibətilə respublikanın Muğan bölgəsindəki rayonlarda bir sıra maraqlı tədbirlər keçirilmişdir.

Əli Bayramlı gəncləri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidə-kompleksini ziyarət etmiş, ulu öndərin heykəli önünə gül-çiçək dəstələri düzmüş, dahi rəhbərin xatirəsini ehtiramla anmışlar.

“Tural” şadlıq sarayında təşkil olunmuş toplantıda rayon gənclər və idman idarəsinin rəis əvəzi Rəşad Abbasovun məruzəsi dinlənilmişdir. Natiq ölkəmizdə həyata keçirilən nəhəng quruculuq proqramının icrasında gənclərin mühüm rol oynadıqlarını nəzərə çarpdırmış, bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Şəhər icra hakimiyyəti başçısının birinci müavini Samid Abıyev yığıncağa qatılanları bayram münasibətilə təbrik etmişdir.

Toplantı iştirakçıları sonda ölkəmizin Prezidentinə müraciət göndərmişlər. Tədbir maraqlı ədəbi-bədii proqramla bitmişdir.

X X X

İmişli gəncləri ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkındakı heykəlinin önünə gül-çiçək dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.

Mədəniyyət sarayında təşkil olunmuş toplantıya 47 gənclər təşkilatını təmsil edən 200-dən çox nümayəndə qatılmışdır. Gənclər və idman idarəsinin rəisi Akif Nəsirov toplantı iştirakçıları qarşısında çıxış edərək, cəmiyyətin aparıcı qüvvəsinə çevrilmiş gənclərin ölkəmizin Prezidenti İlham Əliyevin diqqəti və qayğısı ilə əhatə olunduğunu xüsusi vurğulamış, gələcəyin qurucularını vətənin tərəqqisi naminə daha böyük əzmkarlığa və fədakarlığa çağırmışdır.

Növbə ilə söz alan gənclər Azərbaycanın çiçəklənməsi yolunda bundan sonra da bütün qüvvə və bacarıqlarını sərf edəcəklərinə, daim vətənin mübariz əsgəri olacaqlarına söz vermişlər.

2005-ci ildə təhsildə, əməkdə və idmanda yüksək nailiyyət qazananlar gənclər və idman idarəsinin fəxri fərmanları ilə mükafatlandırılmışlar.

Tədbir bədii özfəaliyyət kollektivinin hazırladığı geniş bayram konserti ilə başa çatmışdır.

X X X

Salyanda Gənclər günü həyata keçirilən bir sıra rəngarəng tədbirlərlə yadda qalmışdır. Nizami Gəncəvi adına mərkəzi kitabxanada istedadlı yazarların şeir müsabiqəsi, əmək və müharibə veteranları ilə görüş keçirilmiş, Peşə liseyində dəyirmi masa, rəsm qalereyasında həvəskar rəssamların “Qış lövhələri” adlı sərgisi təşkil olunmuş, ümumrayon iməciliyində təmizlik və abadlıq işləri görülmüşdür.

Gənclərin toplantısında çıxış edən gənclər və idman idarəsinin rəisi Hüseynağa Hacıyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin respublikamızın Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çarpdırmış, qazanılmış nailiyyətləri xatırladaraq perspektivlərdən söz açmışdır.

Rayon icra hakimiyyətinin başçısı Rasim Bəşirov gəncləri bayram münasibətilə təbrik etmiş, onlara müvəffəqiyyətlər arzulamışdır.

Digər natiqlər də dövlətçiliyimizin və müstəqilliyimizin daha da möhkəmlənməsi və qüdrətlənməsinə yardımçı olacaqlarına söz vermişlər.

Sonda təhsildə, istehsalatda və idmanda fərqlənmiş gənclərin bir qrupuna rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin fəxri fərmanları, qiymətli hədiyyələr verilmişdir.

X X X

Saatlı gəncləri ulu öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri qoymuş, ümummilli liderin xatirəsini minnətdarlıqla yad etmişlər. Geniş toplantı keçirilmiş, gənclər və idman idarəsinin rəisi Elçin Qiyasovun hesabat məruzəsi dinlənilmişdir. O, ötən bir ildə görülmüş işlər barədə məlumat verərək demişdir ki, gənclər respublikamızın Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti tamamilə bəyənir və müdafiə edirlər. Məruzə ətrafında çıxış edən digər natiqlər də ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələrindən bəhs etmiş, qarşıda duran daha möhtəşəm vəzifələri layiqincə yerinə yetirməyə hazır olduqlarını bildirmişlər.

Rayon icra hakimiyyətinin başçısı Vaqif Hüseynov toplantı iştirakçılarını bayram münasibətilə təbrik etmiş, onlara yeni nailiyyətlər arzulamışdır.

Gənclər siyasətinin həyata keçirilməsində fərqlənənlər gənclər və idman idarəsinin mükafatları ilə təltif olunmuşdur.

Sonda maraqlı konsert proqramı nümayiş etdirilmişdir.

X X X

Neftçala, Biləsuvar, Sabirabad və Hacıqabul rayonlarında da Gənclər günü geniş qeyd olunmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir VİDEO

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq VİDEO

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir VİDEO

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir VİDEO

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib VİDEO

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır