Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“GİRİŞ-ÇIXIŞ VƏ QEYDİYYAT” İDARƏLƏRARASI AVTOMATLAŞDIRILMIŞ MƏLUMAT-AXTARIŞ SİSTEMİNİN FƏALİYYƏTİNİN TƏMİN EDİLMƏSİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA VƏ SƏRƏNCAMLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 11, maddə 795; 2004-cü il, № 1, maddə 19; 2007-ci il, № 8, maddə 765; 2008-ci il , № 3, maddə 168) ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü bəndinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Qaçqın statusu almış şəxslər haqqında məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir. ”.

2. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 790; 2006-cı il, № 9, maddə 741; 2007-ci il, № 2, maddə 91) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”yə aşağıdakı dəyişikliklər və əlavə edilsin:

2.1. 8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8. Dövlət reyestrinin tamlığını təmin etmək üçün Dövlət Reyestrinin səlahiyyət dairəsinə daxil olan bütün məlumatlar xüsusi elektron şəbəkə vasitəsilə aşağıdakı qaydada hər gün real vaxt rejimində göndərilməli və onun aktuallığı təmin edilməlidir:

“8.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumları tərəfindən - Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqələrinin verilməsi, onların, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması nəticəsində əldə olunan və bu Əsasnamənin 9-cu bəndində nəzərdə tutulmuş müvafiq məlumatlar - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə;

8.2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri tərəfindən - vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə məlumatlar - xüsusi elektron informasiya sistemi vasitəsilə. ”;

2.2. aşağıdakı məzmunda 28-ci bənd əlavə edilsin:

“28. Dövlət Reyestri tərəfindən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə aşağıdakı məlumatlar təqdim edilir:

28.1. fərdi identifikasiya nömrələri (FİN);

28.2. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarından zəruri məlumatlar.”.

3. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 543 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 222) ilə təsdiq edilmiş “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə”yə aşağıdakı əlavələr edilsin:

3.1. aşağıdakı məzmunda 6-1-ci bənd əlavə edilsin:

“6-1. Qüvvədən düşmüş sənədlərin dövlət reyestri “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi ilə inteqrasiya olunur.”;

3.2. 14-cü bənddə “edilir” sözündən sonra “, müvafiq dövlət informasiya sistemlərində aktiv statusu dəyişdirilir” sözləri, “və” sözündən sonra “onlar” sözü əlavə edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 239; 2008-ci il, № 1, maddə 4, № 3, maddə 168) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 9.16-cı bəndində “Giriş-çıxış” Avtomatlaşdırılmış Məlumat Axtarış Sisteminə (AMAS-a)” sözləri, 9.21-ci bəndində “AMAS-a” sözü “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 1575 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 623; 2008-ci il , № 3, maddə 168) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər) çərçivəsində həyata keçiriləcək Tədbirlər”in “Tədbirin adı” sütununda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 4.2-ci bənddə “Giriş-çıxış” Avtomatlaşdırılmış Məlumat-Axtarış Sistemin (AMAS)” sözləri “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemin” sözləri ilə əvəz edilsin;

5.2. 4.5-ci bənddə “Giriş-çıxış” Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminin (AMAS) nəzdində Miqrasiya İnformasiya Mərkəzi altsisteminin” sözləri “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi ilə inteqrasiya olunan miqrasiya sahəsində vahid informasiya sisteminin” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 fevral tarixli 1963 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 144; 2008-ci il, № 3, maddə 168) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək Tədbirlər”in “Tədbirin adı” sütununun 2.3.1-ci, 2.4.5-ci bəndlərində və “Tədbirin məqsədi” sütununun 2.2-ci, 2.2.1.2-ci, 2.2.2-ci, 2.2.3-cü, 2.2.4-cü, 2.2.6-cı, 2.2.8-ci, 2.2.9-cu, 2.2.10-cu, 2.2.12-ci bəndlərində ismin müvafiq hallarında “Giriş-çıxış” AMAS” sözləri “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi ” sözləri ilə əvəz edilsin.

7. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 avqust 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin