MƏDƏNİYYƏT
GÜRCÜSTANDA “BORÇALI TÜRKLƏRİNİN ELAT MƏDƏNİYYƏTİ GÜNÜ” BAYRAMI KEÇİRİLMİŞDİR
Bakı, 27 iyul (AZƏRTAC). Gürcüstanın Dmanisi rayonunda “Borçalı türklərinin elat mədəniyyəti günü” bayramı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, sayca ikinci olan bu tədbir “Borçalı” İctimai Cəmiyyətinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Gürcüstan Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə baş tutmuşdur.
Mədəniyyət bayramında qeyd edilmişdir ki, belə tədbirlər Gürcüstan-Azərbaycan tarixi dostluğunun yeni əyani təzahürünə çevrilir. Eyni zamanda vurğulanmışdır ki, bu cür tədbirlər tarixən dost və qardaş olan xalqlarımızı yenidən həmrəyliyə səsləyir, insanların vətənə bağlılığını və məhəbbətini artırır.
Mədəniyyət bayramının sonunda Azərbaycan və Borçalı aşıqlarının, müğənnilərinin iştirakı ilə maraqlı konsert proqramı olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:39]
“Dantenin yubileyi” növbəti dəfə səhnədə
- 04.05.2024 [13:21]
Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO
- 04.05.2024 [13:07]
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub
- 04.05.2024 [11:22]
“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək
- 04.05.2024 [11:21]