DÜNYA


GÜRCÜSTAN XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ STRUKTUR DƏYİŞİKLİYİ EDİLƏCƏKDİR

Gürcüstanın xarici işlər naziri Salome Zurabişvili hökumətə başçılıq etdiyi idarədə planlaşdırılan struktur dəyişikliklərinin konsepsiyasını təqdim etmişdir. Konsepsiya hökumət üzvlərinin marağına səbəb olmuş və bəyənilmişdir. Layihədə nazirlikdə əməkdaşların 20 faizinin ixtisar olunacağı, 61 idarədən 31-nin, 22 departamentdən 15-nin saxlanacağı göstərilir. Nazirlikdə strateji planlaşdırma və varislik mərkəzi yaradılacaqdır.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, S.Zurabişvili Gürcüstanın xarici ölkələrdəki səfirliklərinə də yeni qaydada yanaşır. Onun sözlərinə görə, indiyədək səfirliklər Gürcüstan vətəndaşlarının deyil, ancaq parlament üzvlərinin mənafeyini müdafiə etmişlər.

Xarici işlər naziri üç formatlı səfirliklər yaratmağı planlaşdırır. Birinci formatlı səfirliklər ABŞ-da Avropa Birliyində və Rusiyada fəaliyyət göstərəcəkdir. Onlarda 10-14 nəfər diplomat işləyəcəkdir. Əksər ölkələrdə isə orta formatlı klassik tipli 4-6 diplomatdan ibarət səfirlik yaradılacaqdır. 2-3 nəfər diplomatdan ibarət üçüncü formatlı kiçik səfirliklər Gürcüstanın iqtisadi əlaqələr yaratmaq istədiyi ölkələrdə fəaliyyət göstərəcəkdir. Bu cür səfirliklərin Orta Asiyada və Yaxın Şərqdə yaradılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.