CƏMİYYƏT


Gədəbəy sakininə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 12-də axşam saatlarında Gədəbəy rayonunun Qumlu kənd sakini Zamiq Allahverdiyevin sağ gözünün kəsilmiş göz yarası ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayonun Samanlı kənd sakini, 27 yaşlı Əli Sadıqov şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək Z.Allahverdiyevə aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.