İQTİSADİYYAT


Gəmi təmirçilərinə yubiley medalı təqdim olunub

Bakı, 22 yanvar, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilən Gəmiçiliyin “Bibiheybət” Gəmi Təmiri Zavodunun əməkdaşlarına medalların təqdimetmə mərasimi keçirilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkədə dəniz nəqliyyatı, o cümlədən gəmi təmiri və tikintisi sahələrinə göstərilən qayğıdan danışılıb. Qeyd olunub ki, bu gün ASCO-nun gəmi təmiri potensialının gücləndirilməsi işi uğurla davam etdirilir. Zavodlar müasir avadanlıq və texnikalarla təchiz olunur. Güclü kadr potensialı yaradılıb.

Yubiley medalına layiq görülən zavod əməkdaşlarına medallar təqdim olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.