ELM VƏ TƏHSİL


Gənc Psixoloqun Məktəbinə gedənlərin nəzərinə

Bakı, 13 fevral, AZƏRTAC

M.V.Lomonosv adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında Gənc Psixoloqun Məktəbinin məşğələləri fevralın 16-dan başlanacaq və hər şənbə günü saat 16:00-da keçiriləcək.

AZƏRTAC MDU-nun Bakı filialının saytına istinadla xəbər verir ki, məşğələlər pulsuzdur və 1,5-2 saat davam edəcək.

Məşğələlər Hüseyn Cavid prospekti, 133 ünvanında keçiriləcək. Əlaqə nömrəsi: +99412 598 93 32.

Gənc Psixoloqun Məktəbi haqqında ətraflı məlumat MDU-nun Bakı filialının saytında yerləşdirilib.

Qeyd edək ki, Gənc Psixoloqun Məktəbi psixologiya fakültəsinə qəbul üçün imtahanlara hazırlıq deyil. Psixologiya fakültəsinə qəbul üçün biologiya üzrə imtahana hazırlığa dair ayrıca kurslar təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.