İDMAN


Gənc güləşçilərimiz İranda güclərini sınayacaqlar

Bakı, 27 noyabr, AZƏRTAC

Noyabrın 28-dən 30-dək İranın Urmiya şəhərində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə “Martyrs Cup” turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, komanda yarışında əvvəlcə sərbəst, daha sonra isə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.

Sərbəst güləşçilərin mübarizəsində məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Şahin Muxtarov, Mahir Məmmədzadə (hər ikisi 57 kq), Əsgər Məmmədəliyev, Tural Hüseynov (hər ikisi 61 kq), Elmar Kazımov (65 kq), Əşrəf Aşurov (70 kq), Davud İbrahimov (74 kq), Rəşad Yusifli (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Sənan Əlizadə (97 kq) və Aydın Əhmədovdan (125 kq) ibarət heyət qüvvəsini sınayacaq.

Yunan-Roma güləşi üzrə komandamızda isə Zaur Əliyev (55 kq), Həsən Məmmədli, Əsgər Əlizadə (hər ikisi 60 kq), Zaur Nuriyev (63 kq), Ruslan Hədisov (67 kq), Niyaz Ərzumanov (72 kq), Cavid Miralayev (77 kq), Aslan Məmmədov (82 kq), Nəzərşah Fətullayev (87 kq), Rüfət Məmmədov (97 kq) və Sərxan Məmmədov (130 kq) yer alıb. Onlar böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin tapşırıqlarını yerinə yetirəcək.

İkinci dərəcəli beynəlxalq hakim Vaqif Zeynallı “Martyrs Cup”da ədaləti qoruyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.