İDMAN


Gənc sərbəst güləşçilərimiz Rusiyada 2 medal qazanıblar

Bakı, 1 may, AZƏRTAC

Rusiyanın Yakutsk şəhərində Olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirdə gənc sərbəst güləşçilərimiz mübarizə aparıblar.

Mübarizəyə dörddəbir finaldan qoşulan Sabir Cəfərov (65 kq) iki rəqibi üzərində inamlı qələbə qazanaraq adını finala yazdırıb. Həlledici görüşdə rusiyalı idmançıya məğlub olan güləşçimiz gümüş medalla kifayətlənib.

Digər təmsilçimiz Cəbrayıl Hacıyev (70 kq) ilk iki mərhələdə Rusiya təmsilçilərinə heç bir şans tanımayıb. Yarımfinalda Qırğızıstan idmançısından da güclü olan C.Hacıyev finala vəsiqə qazanıb. Qızıl medal uğrunda görüşdə erməni əsilli Rusiya idmançısına qalib gələn C.Hacıyev qızıl medal qazanıb.

Beləliklə, 3 güləşçi ilə xatirə turnirinə qatılan komandamız yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.