REGİONLAR
Gənc tədqiqatçının elmi məqaləsi beynəlxalq jurnalda dərc edilib
Naxçıvan, 23 yanvar, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının əməkdaşı, gənc tədqiqatçı Arzu Abdullayevin “XIX əsr Naxçıvan şəhərinin məhəllələr üzrə təsviri” adlı məqaləsi Thomson Reuters Master və Scientific Indexing Services beynəlxalq indekslərinə daxil olan və Meksikada nəşr olunan “Revista Dilemas Contemporaneos: Educacion, Politica y Valores" jurnalında dərc edilib.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ingilis dilində dərc olunan məqalədə XIX əsrdə Azərbaycanda mövcud olan 10 şəhərdən biri Naxçıvan şəhərində yerləşən məhəllələr, onların hazırda yerləşdiyi ərazilərdən bəhs olunur.
Tədqiqatçı o dövrə aid mənbələrə, eləcə də arxiv sənədlərinə istinad edərək XIX əsrdə Naxçıvan şəhərində 13 məhəllənin olduğunu bildirir.