REGİONLAR
Gəncədə “Qarabağ Azərbaycandır!” adlı fləşmob keçirilib VİDEO
Gəncə, 14 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə keçirilən və 8 Noyabr - Zəfər Gününə həsr olunan “Qarabağ Azərbaycandır!” adlı fləşmob Gəncə şəhərindən start götürüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fləşmob Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə reallaşıb.
Heydər Əliyev meydanında baş tutan fləşmobda əsasən qazilər və şəhərdə fəaliyyət göstərən universitet və kolleclərin tələbə gənclər təşkilatlarının fəal üzvləri yaxından iştirak ediblər. İki minə yaxın gənc Azərbaycan Respublikasının xəritəsi və içərisində “Qarabağ Azərbaycandır!” yazısı olan canlı simvol yaradıblar.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə başlanan fləşmob ölkənin bir sıra bölgələrində davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]
Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib
- 07.05.2024 [14:58]
Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO
- 07.05.2024 [14:26]