İQTİSADİYYAT
Gənclər Siyasəti üzrə 1-ci Qlobal Foruma həsr edilmiş poçt markası buraxılıb

Bakıda Gənclər siyasəti üzrə I Qlobal Forumu keçirilir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Azərmarka” şirkəti bu mühüm tədbirə həsr olunmuş poçt markası çap etdirib. Nəfis dizaynda hazırlanmış markanın nominal dəyəri 60 qəpikdir.
Oktyabrın 30-dək davam edəcək forumda gənclər siyasəti üzrə yeni istiqamətlər araşdırılır, bu sahədə təcrübə mübadiləsi aparılır, aktual əhəmiyyət kəsb edən digər məsələlər müzakirə olunur.