Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Gənclər “dəyirmi masa”da Naxçıvanın tanıdılması ilə bağlı görüləcək işlər barədə fikir mübadiləsi aparıblar VİDEO

Gənclər “dəyirmi masa”da Naxçıvanın tanıdılması ilə bağlı görüləcək işlər barədə fikir mübadiləsi aparıblar VİDEO

Naxçıvan, 26 noyabr, Rauf Əliyev, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyində “Muxtar respublikanı necə tanıdırıq” mövzusunda keçirilən “dəyirmi masa”da muxtar respublika gəncləri Naxçıvanın tanıdılması ilə bağlı görüləcək işlər barədə fikir mübadiləsi aparıblar.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman və Təhsil nazirliklərinin, YAP Naxçıvan Muxtar Respublikası Təşkilatının İcra Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin turizm ixtisası üzrə təhsil alan tələbələri və muxtar respublikanın fəal gəncləri iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev çıxış edərək bildirib ki, bu il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” ilə bağlı keçirilən müşavirədə gənclərin tarixi-mədəni irsimizə hörmət ruhunda böyüdülməsi əsas vəzifə kimi müəyyənləşdirilib. Müşavirədə qarşıya qoyulan vəzifələrin icrası məqsədi ilə Gənclər və İdman Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi və Gənclər Fondu ilə birlikdə “Naxçıvanı tanıyaq” devizi altında gənclərin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə, Duzdağ Fizioterapiya Mərkəzinə, Şahbuz Dövlət Təbiət Qoruğuna və Batabat Astrofizika Rəsədxanasına, Əlincəqalaya, Ordubad rayonu ərazisindəki muzeylərə və tarixi abidələrə ekskursiyalarını təşkil edib. Bundan başqa, Təhsil Nazirliyi tərəfindən sınaq imtahanlarında yüksək nəticə göstərmiş 315 şagirdin, sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrin (hər biri üzrə 45 uşaq) uşaqlarının Ağbulaq İstirahət Mərkəzinə gəzintiləri təşkil olunub. Həmçinin yay tətili dövründə gənclərin, o cümlədən idmançıların və Heydər Əliyev adına Hərbi Lisey kursantlarının Ağbulaq İstirahət Mərkəzində istirahətləri, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələrinin, Güləş, Boks, Basketbol, Şahmat, Futbol, Yüngül Atletika, Karate-do, Voleybol, Şərq Döyüşü Sənəti, Paralimpiya, Atıcılıq, Hava və Ekstremal İdman Növləri federasiyalarının idmançılarının muzeylərə gəzintiləri təşkil olunub.

Nicat Babayev Naxçıvanın turizm potensialının tanıdılması istiqamətində görülən və görüləcək işlər barədə gəncləri təkliflər verməyə dəvət edib.

Bu gün turizmin dünyada ən çox diqqətçəkən sahələrdən biri olduğunu vurğulayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev qeyd edib ki, turizm insanların sərhədsiz düşüncə maraqlarının üzərində cəmləşmiş bir sahədir. Buna görə də son dövrlərdə çoxsaylı turizm sahələri inkişaf etdirilməkdədir. Turizm səfalı təbiət, tarix, mədəniyyət, qonaqpərvərlik və təhlükəsizlik amilləri üzərində qurulur. Hansı ki, sadaladığımız amillər artıq muxtar respublikamızda bu sahənin davamlı inkişafı baxımından əsl təməl rolunu oynayır. Məmməd Babayev gəncləri Naxçıvanın turizm imkanlarının tanıdılmasında fəal olmalarının əhəmiyyətini qeyd edib.

“Yeraltı və yerüstü sərvətləri, xəstələrə şəfa verən mineral bulaqları ilə məşhur olan, Gəmiqaya təsviri sənət abidələri, bədii tərtibatlı boyalı qablar, tunc məmulatlar, tarixi abidələr diyarı Naxçıvan Muxtar Respublikası bu gün həm də dünyanın gözəl turizm məkanlarından biridir”, - deyən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Əkbər Novruzov bildirib ki, muxtar respublikanın əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqları və təbiəti, zəngin və çeşidli heyvanat aləmi, tarixi-mədəni irsi, özünəməxsus və zəngin mətbəxi, yüksək qonaqpərvərlik ənənələri turizm sahəsinə nəinki dövlət təşkilatlarının, həmçinin özəl firmaların, xarici investor və sahibkarların cəlb edilməsinə imkan verir. Muxtar respublikanın hər yerində - hətta ən ucqar dağ kəndlərində belə, əlverişli infrastrukturun qurulması Naxçıvanda turizmin hərtərəfli inkişafına şərait yaradıb. Bu mənada Naxçıvanda kənd yaşıl turizmi üçün də geniş imkanlar var. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2016-cı ilin aprel-avqust aylarında kənd yaşıl turizminin inkişafı ilə bağlı muxtar respublikanın 19 kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib.

Sosial şəbəkələrdə Naxçıvanın turizm potensialının təbliğ edilməsinin əhəmiyyətini qeyd edən Əkbər Novruzov vurğulayıb ki, elektron resurs istifadəçiləri hazırda dünyada baş verən prosesləri əsasən, virtual məkanın imkanlarından yararlanmaqla öyrənirlər. Eyni ilə də digər əcnəbi ölkə vətəndaşlarının ölkəmizin və muxtar respublikamızın mövcud həyatı haqqında müəyyən məlumatlara malik olması belə resursların vasitəçiliyi ilə təmin olunur. Bu gün muxtar respublikamızla bağlı həqiqətlərin sosial şəbəkələrdə təbliği aparılır, regionun müasir həyatı ilə bağlı məlumatlar öz əksini tapır. Lakin bu sahədə görəcəyimiz işlər hələ çoxdur.

Muxtar respublikanın Təhsil Nazirliyinin sektor müdiri Rasim Rüstəmov deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində bu il martın 18-də turizmin inkişafına həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Təhsil Nazirliyində müvafiq təşkilatlarla birlikdə Tədbirlər Planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq “Naxçıvanı tanıyaq” devizi altında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin tarixi abidələrə ekskursiyaları təşkil edilib. Bundan başqa, ayrı-ayrı rayon və şəhərlərdə fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin muxtar respublikanın tarixi abidələri, muzeyləri və zəngin təbiəti ilə tanışlığı məqsədilə mütəmadi olaraq ekskursiyalar keçirilir.

Muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların hazırlanması və internetdə yerləşdirilməsi məqsədilə 94 dövlət orqanının saytında Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytının bannerlərinin yerləşdirildiyini bildirən mərkəzin direktoru Gülnarə Sadiqova isə deyib: “Mərkəzin internet səhifəsi 3 dildə - Azərbaycan, rus və ingilis dillərində yenidən işlənib, muxtar respublikanın turizm imkanlarını əks etdirən materiallarla zənginləşdirilib və turist qəbul edən 37 kənd evi haqqında məlumat əlavə edilib. İnternet səhifəsinə mütəmadi olaraq məlumatlar daxil edilir və məlumatlar daim yenilənir”.

Gülnarə Sadiqova diqqətə çatdırıb ki, bu il 27 Sentyabr - Ümumdünya Turizm Günü münasibətilə “Ümumdünya Turizm Günü. Naxçıvanı təqdim edirik” başlığı altında keçirilən internet-aksiyada Mədəniyyət və Turizm Nazirliyi müvafiq təşkilatlarla birlikdə 10 bölmə üzrə 1000-ə yaxın foto və 152 tanıtım videosu hazırlayıb. Naxçıvan Turizm İnformasiya Mərkəzinin vebsaytında “Ümumdünya Turizm Günü. Naxçıvanı təqdim edirik” başlıqlı bölmə yaradılıb, hazırlanmış materiallar burada yerləşdirilib. Mərkəz tərəfindən turizmin təbliği ilə əlaqədar muxtar respublikanın turizm potensialını əks etdirən videoçarxların hazırlanması, o cümlədən mədəni həyatında görülən bütün işlərin internetdə yerləşdirilməsi təmin edilib və mərkəzin “YouTube” kanalına 650-yə yaxın məlumat-videoçarx daxil edilib. 88 min 977 baxış sayı qeydə alınıb. Həmçinin videoçarxlar “Facebook”, “Google+” və “Twitter” səhifələrində də yayımlanıb. Mərkəzin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə 3 min 500-dən çox məlumat daxil olunub, 345 mindən çox baxış qeydə alınıb.

“Dəyirmi masa”da Naxçıvanın turizm potensialının təbliği ilə bağlı diskussiyalar aparılıb.

 

Gənclər “dəyirmi masa”da Naxçıvanın tanıdılması ilə bağlı görüləcək işlər barədə fikir mübadiləsi aparıblar VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb