Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə qərara alıram:

Dövlət gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Babayev Fuad Muxtar oğlu

Bayramova Şəfəq Zaqif qızı

Əkbərov Qadir Xalis oğlu

Ərəbov Orxan Namiq oğlu

Qədimbəyova Günay Rüfət qızı

Qədirov Mübariz Yusif oğlu

Niftəliyeva Vüsalə Sahib qızı

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Həsilov Elvin Bəxtiyar oğlu

İsaqov Natiq Cankişi oğlu

Paşayeva Nisə Fazil qızı

Rzayeva Cəmilə Ramiz qızı.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2023-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin