İQTİSADİYYAT
Gənclərə "Elektron hökumət" portalı, “Elektron imza” barədə məlumat verilib
Bakı, 3 oktyabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən növbəti “Gənclər və E-Hökumət” adlı təlim təşkil olunub.
Portaldan AZƏRTAC-a bildirilib ki, təlim zamanı gənclərə “Elektron hökumət” portalı, “Elektron imza”nın praktiki tətbiqi və e-imza ilə biznes proseslərinin səmərəliliyinin artırılması qaydaları, elektron vergi xidmətləri, məcburi dövlət sosial sığortası üzrə hesabatların, əmək bildirişlərinin qeydiyyata alınması xidmətləri barədə ətraflı məlumat verilib.
Sonra təlim nazirliyin əməkdaşlarından ibarət qrup üçün davam etdirilib.
Qeyd edək ki, elektron xidmətlər barədə maarifləndirici tədbirlərə yaranan tələbatı nəzərə alaraq, bu mövzuda mütəmadi olaraq təlimlər keçirilir, mövcud elektron xidmətlər və onlardan istifadə barədə vətəndaşlara məlumatlar verilir.