Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Gennadi Sosonka: Olimpiadada sona qədər mübarizə aparmaq lazımdır

Bakı, 10 oktyabr (AZƏRTAC, Samirə Allahverdiyeva). Şahmat üzrə Veyk-An-Zee turnirinin ikiqat qalibi, olimpiada və Avropa çempionatının iştirakçısı, FİDE-nin Əməkdar Məşqçisi Gennadi Sosonko Bakıda keçirilən “Qran-pri” turnirini izləmək üçün Azərbaycana gəlib.

AZƏRTAC xəbər verir ki, mütəxəssis “Qran-pri”nin mətbuat xidmətinin suallarını cavablandırıb.

- Sizi yenidən Azərbaycanda görməkdən məmnunuq. “Qran-pri”nin ilk turları haqqında fikrinizi bilmək maraqlı olardı. İlk turlarda şahmatçılar sülhsevərliyi ilə diqqəti cəlb etdilər.

- Bakı hər zaman gözəl olub. Bu səfərimdə paytaxtınızın yenə dəyişdiyini və daha da gözəlləşdiyini gördüm. Bu ilin yazında Şəmkirdə Vüqar Həşimovun xatirə turnirində iştirak etmişdim. Ona görə də Azərbaycanda şahmata olan diqqət məni təəccübləndirmir. Sizin ölkədə şahmatı sevirlər və onu oynamağı bacarırlar. Təşkilatçılıq yüksək səviyyədədir. Bütün partiyalardan canlı yayım təqdim edilir. Oyunlara gəldikdə, “Qran-pri” dörd mərhələdən ibarətdir. İlk mərhələ Bakıda keçirilir. Ola bilər, şahmatçılar risk etməyə tələsmirlər. Amma son turlar çox maraqlı olacaq. Şahmatçılar liderlik uğrunda əsl mübarizəyə başlayacaqlar. “Qran-pri”də iştirak edən hər bir şahmatçı iddiaçılar turnirinə yollanmaq uğrunda yarışmalıdır. Əks halda, iştirak etmək mənasız olar. Təkcə heç-heçələr ilə iddiaçılar turnirinə yollanmaq mümkün deyil. Qələbə hər bir şahmatçıya vacibdir.

- Azərbaycanlı şahmatçıların çıxışı barədə nə deyə bilərsiniz?

- Altıncı tura qədər Teymur Rəcəbov bütün görüşlərini heç-heçə ilə başa vurub. Şəhriyar Məmmədyarov iki görüşdə uduzub. Əlbəttə, siz soruşsanız ki, hansının mövqeyi yaxşıdır, mən Teymur Rəcəbovu göstərərəm. Çünki 50 faiz nəticə yaxşıdır, nəinki iki dəfə məğlub olmaq. Bilirsiniz ki, məşhur şahmat ustası Fişer güzəştsiz mübarizə ilə yadda qalıb. Onun belə bir sözü var: şahmatda heç-heçə oynamaq faciə deyil, faciə partiyanı xilas edə bilməyərək məğlub olmaqdır. Altıncı turda Teymur Rəcəbov Aleksandr Qrişuka qalib gəldi və mövqeyini yaxşılaşdırdı. Hər iki şahmatçıdan növbəti turlarda uğur gözləyirəm. Hərçənd, fikrimcə, Şəhriyar Məmmədyarov üçün vəziyyəti düzəltmək çətin olacaq.

- İki görüşdə məğlub olduğu üçün deyirsiniz?

- Əgər Şəhriyar Məmmədyarov turniri mənfi nəticə olmadan başa vursa, mən yalnız sevinəcəyəm. İki görüşdə məğlub olub. Bu görüşlərin əvəzini çıxmaq üçün iki qələbə lazımdır. Bu heyətlə mübarizə aparmaq asan deyil. “Qran-pri”də zəif şahmatçı yoxdur. Ona görə onu mənfi nəticə olmadan başa vurmaq normal sayılacaq.

- Teymur Rəcəbov artıq bir müddətdir ki, Vladimir Çuçelov ilə işləyir. Vladimir Çuçelov Fabiano Karuana ilə yüksək nəticələr əldə edib. Bu mənada Teymurdan gələcək yarışlarda daha böyük uğur gözləmək olar?

- Vladimir Çuçelovun görkəmli məşqçi olması hamıya məlumdur. Bu barədə şübhəmiz yoxdur. Ancaq şahmatçıdan da çox şey asılıdır. Hər bir amili məşqçi ilə əlaqələndirmək olmaz. Şahmatçıdan böyük həvəs, istək və gərgin məşqlər tələb olunur. T.Rəcəbov gəncdir və fikrimcə, ən böyük uğurları qarşıdadır. O, artıq atadır, qızı var. Yəni, müəyyən baryerləri keçib. “Qran-pri”yə gəldikdə, T.Rəcəbov bütün partiyaları bərabər səviyyədə oynayıb. Hətta üstün durumda olduğu görüşləri də izləmişik. Deməli, son nöqtəni qoymaq lazımdır. Ona görə nəticələr özünü çox gözlətməyəcək.

- Ş.Məmmədyarov onun üçün Bakıda oynamağın çətin olduğunu deyib. Bəlkə psixoloji cəhətdən problem var...

- Şəhriyar Məmmədyarovun dediyi sözlər həqiqətdir. Şəmkirdə olanda da onun zəif oyununu izlədik. Ş.Məmmədyarovun oyunu doğma ölkədə alınmır. Hər halda şahmat futbol deyil. Burada doğma divarlar o qədər də kömək etmir. Azərbaycanda keçirilən yarışlarda yaxınları, qohumları onu izləyir. O, istəyir daha yaxşı nəticə ilə onları sevindirsin. Təəssüf ki, əksi baş verir. Bu məqamda Korçnoy deyərdi ki, Şəhriyar Məmmədyarova psixoloqla işləməyi məsləhət görərdim. Korçnoy ən yaxşı vaxtlarında psixoloqla çalışıb. Psixoloq insana özünəinamı artırmağa kömək edir. Burada pis heç bir şey yoxdur. Şəhriyar Məmmədyarov emosional insan və şahmatçıdır. Onun zala daxil olması və oyunda özünü aparması dediklərimi sübut edir. Şəhriyar Məmmədyarov səviyyəsində şahmatçı üçün xırdalıq olmur. Əgər psixoloq ona yarım xal artırmağa imkan versə belə, bu, karyerasında dönüş yaradacaq.

- Kişi şahmatçılardan ibarət Azərbaycan millisi iki dəfə Avropa çempionu olub. Hələlik olimpiadada medal qazana bilmirik...

- Sizin şahmatçıları çox yaxşı tanıyıram. Son olimpiadada əsl mübarizə göstərdilər. Xalifmanın rəhbərliyi altında oyunları yaxşı alınır. Sonda əlavə göstəricilərə görə beşinci oldular. Xal hesabına görə ikinci yerlə eyni nəticə göstərmişdilər. Bu mənada Azərbaycan millisindən növbəti olimpiadada daha yaxşı nəticə gözləmək mümkündür. 2016-cı ildə keçiriləcək olimpiadada şahmatçılarınız mükafatçılar sırasında yer ala bilər. Mən onlardan əsl mübarizlik gözləyirəm. Olimpiadada sona qədər mübarizə aparmaq lazımdır. Medal olsa lap yaxşı, olmasa belə əsas gözəl oyun nümayiş etdirməkdir. Unutmayaq ki, son olimpiadada komandanız reytinqinə görə səkkizinci idi, amma beşinci oldu.

- Bakıda keçiriləcək Dünya Kuboku və şahmat olimpiadasında Ermənistan komandasının iştirak edib-etməyəcəyi məlum deyil. Sizcə, onlar Bakıya gələcəklər?

- Azərbaycan və Ermənistan arasında məlum münaqişə 25 ildən artıqdır davam edir. Ermənistan şahmatçılarının Azərbaycana gəlməsi məsələsi yəqin ki, ən yuxarı səviyyədə müzakirə olunacaq. Bu məsələni kapitan və ya şahmatçı həll etmir. Mən istərdim ki, Ermənistan yığması həm Dünya Kuboku, həm də şahmat olimpiadasında iştirak etsin. Güləş və boksdan fərqli olaraq şahmat turnirləri heç olmasa iki həftə davam edir. Ona görə bu idman növlərini müqayisə etmək istəməzdim. Hansı qərarı qəbul edəcəklərini deyə bilmərəm. Amma əminəm ki, Azərbaycan bu yarışı yüksək səviyyədə təşkil edəcək.

- Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdan sonra Azərbaycan şahmatçıları reytinqi 2700-ə çatdıra bilmirlər. Qədir Hüseynov, Eltac Səfərli, Rauf Məmmədov uzun illərdir reytinqlərini yüksəltməkdə çətinlik çəkirlər. Millimizin sabiq kapitanı Zurab Azmayparaşvilinin fikrincə, nəticə qazanmaq üçün gərək həyatını şahmata qurban verəsən...

- Z.Azmayparaşvilinin sözündə həqiqət var. Onun fikri ilə razılaşmaya bilmərəm. Ancaq şahmatçıları müdafiə etmək istərdim. 26-27 yaşlı gənc üçün həyatını yalnız şahmata - piyada, vəzir, top fiqurlarına və taktikaya həsr etmək çox çətindir. Demək asandır, amma əməli fəaliyyətdə bu, çox çətindir. Azərbaycanın şahmat həyatı ilə tanış deyiləm. Bəlkə adını çəkdiyiniz şahmatçılardan başqa daha istedadlı gənclər var. Onlar daha çox işləməklə reytinqlərini artıra bilərlər.

- Azərbaycan şahmatçılarının əsas hədəfi şahmat tacını Bakıya gətirməkdir. Sizcə, Maqnus Karlseni azərbaycanlı şahmatçılardan kimsə dayandıra bilər?

- Alman Emanuel Lasker dünya çempionu olduğu müddətdə Alyoxin demişdi ki, gərək Kapablanka ilə matça hazırlaşım. Ondan soruşurlar ki, axı dünya çempionu Laskerdir. O, cavab verir ki, Kapablanka gələcək çempiondur. Nəticədə Alyoxin Kapablankaya qalib gələrək çempion oldu. İndi Maqnus Karlsenə və ya Fabiano Karuanaya qarşı hazırlaşmaq lazım deyil. Əvvəlcə “Qran-pri”də, sonra iddiaçılar turnirində qalib gəlmək lazımdır. Nə vaxt qarşına Karlsen və ya Karuana çıxacaqsa, o zaman onlarla mübarizə aparmaq gərəkdir. Potensialdan düzgün istifadə etmək vacib amildir. İdmançı düşünməlidir ki, şahmat tacı ilə Vətənə gəlsə bütün xalq onu qarşılayacaq. Bu, qələbə onun həyatını dəyişəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir VİDEO

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq VİDEO

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq