ELM VƏ TƏHSİL
“Girls Talk” layihəsinin növbəti görüşü keçiriləcək
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 29-da Təhsil Nazirliyi və Azərbaycan-Britaniya Məzunları Birliyinin birgə əməkdaşlığı nəticəsində “Girls Talk” layihəsinin növbəti vebinarı keçiriləcək.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş “2007-2015 Dövlət Proqramı” məzununun “Təlim töhfəsi”nə uyğun olaraq keçirilir.
Görüşdə spiker qismində “2007-2015 Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Edinburq Universitetinin marketinq və biznesin təhlili ixtisası üzrə magistratura təhsili almış və hazırda “The Procter & Gamble” şirkətində bazarlama strategiyası və reklam üzrə menecer vəzifəsində fəaliyyət göstərən Nərmin Mustafayeva iştirak edəcək.
Qeyd edək ki, layihənin əsas məqsədi uğurlu Azərbaycan qadınları və “2007-2015 Dövlət Proqramı”nın qadın məzunları ilə 12-18 yaş arası məktəbli qızların görüşünü keçirmək, onları düzgün ixtisas və peşə seçiminə motivasiya etmək, təhsil və karyera imkanları barədə məlumatlandırmaqdır.