İQTİSADİYYAT


Gömrükçülər üçün növbəti təlim təşkil olunub

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 13-14-də gömrük xidməti əməkdaşları üçün yükdaşımaların təşkili işinin təkmilləşdirilməsinə dair Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin sərəncamı ilə təsdiq olunmuş “Nəqliyyat vasitələrinin və konteynerlərin gömrük möhürləri və plombları altında yüklərin daşınmasına buraxılması qaydalarına dair Metodika” əsasında təlim keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, təlimə Gömrük Komitəsinin struktur bölmələrinin gömrük nəzarətinin təşkili sahəsində çalışan 23 əməkdaşı cəlb olunub. Məqsəd yükdaşımalarda texniki şərtlərə nəzarət edilməsi və yükdaşımaya buraxılış şəhadətnamələrinin verilməsi sahəsində əməkdaşların bilik və bacarıqlarının artırılmasıdır.

Bununla yanaşı, təlimə cəlb olunan əməkdaşlara Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunda müxtəlif tipli nəqliyyat vasitələrinə və konteynerlərə baxış keçirməklə onların yükdaşımalara buraxılması üçün texniki şərtlərə uyğun olub-olmamasının müəyyən edilməsi ilə bağlı praktiki bacarıqlar aşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.