DÜNYA


“Google” “Android” sistemindəki boşluqları aradan qaldırıb

Bakı, 8 avqust, AZƏRTAC

“Google” şirkəti “Android” sistemindəki boşluqları aradan qaldırıb.

AZƏRTAC “securitylab.ru” saytına istinadla xəbər verir ki, “Google” şirkəti “Android” mobil əməliyyat sistemi üçün planlaşdırılmış aylıq təhlükəsizlik yeniləmələrini çıxarıb. Yeniləmələr ümumilikdə 43 boşluğu aradan qaldırır. Bu boşluqlardan 6-sı kritik kimi qeyd edilib.

Avqustda çıxarılmış təhlükəsizlik bülleteninə əsasən, lokal zərərverici proqramlara istifadəçinin iştirakı olmadan əlavə imtiyazlar əldə etməyə, həmçinin hakerlərə məsafədən kodu icra etməyə imkan verən boşluqlar daha təhlükəli hesab olunur.

“Android”in tərəfdaşları yeniləmələr çıxarılmazdan ən azı 1 ay əvvəl boşluqlar barədə xəbərdar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.