MƏDƏNİYYƏT


Görkəmli rus yazıçısı Fyodor Dostoyevskiyə həsr olunmuş mühazirə-diskussiya təşkil edilib

Bakı, 23 noyabr, AZƏRTAC

Bakı Kitab Mərkəzində dahi rus yazıçısı Fyodor Dostoyevskiyə həsr olunmuş mühazirə-diskussiya keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, filoloq, publisist və tədqiqatçı Leyla Sultanzadənin aparıcılığı ilə keçən tədbirdə yazıçının həyatında baş verən müxtəlif maraqlı hadisələrdən, müasirləri ilə münasibətlərindən və ölməz romanlarından danışılıb. F.Dostoyevski bütün ədəbi yaradıcılığı boyu mühüm fəlsəfi mövzulara, cəmiyyəti narahat edən bir çox mübahisəli məsələlərə toxunmuş, həyatı eybəcərlikləri ilə göstərməkdən çəkinməmişdir.

Qeyd edək ki, 2021-ci ildə yazıçının anadan olmasının 200 illiyi qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.