REGİONLAR
Göyçayda Vətən müharibəsi qazisi ziyarət olunub
Göyçay, 22 yanvar, AZƏRTAC
Göyçay Rayon İcra Hakimiyyətinin rəhbərliyi Vətən müharibəsi qazisi Turan Əhəd oğlu İslamovu evində ziyarət ediblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, bu qələbədə Silahlı Qüvvələrimizin, onun sıralarında döyüşən göyçaylı əsgər və zabitlərin şücaətindən, habelə bu gün ölkəmizdə şəhidlərimizin ailələrinə və qazilərə, eləcə də döyüşçülərə göstərilən dövlət qayğısından danışılıb.
Görüşdə qazi Turan İslamov cəbhə xatirələrindən, şərəfli döyüş yolundan bəhs edib.
Sonra ailənin qayğıları ilə maraqlanılıb, qaziyə yardım göstərilib.
Turan İslamov və valideynləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.