ELM VƏ TƏHSİL
“Göyçə mahalının kameral təsviri” kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim edilib
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) Nəzir Əhmədlinin “Göyçə mahalının kameral təsviri” kitabı təqdim olunub.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, kitabda Qərbi Azərbaycanın Göyçə mahalında 1831-ci və 1842-ci illərdə çar məmurları A.Rıjkov və A.Korallov tərəfindən tərtib edilmiş kameral təsvirlərdə əhalinin adbaad siyahısı, milli tərkibi və sayı verilib. Bununla yanaşı, nəşrdə mahalın təbii ehtiyatları, heyvanat və bitki aləmi, dağları, çayları, gölləri, yolları, əhalinin məşğuliyyəti, vergilər və s. barədə məlumat verilib.
Müəllif “Ön söz”də mahalın tarixindən geniş şəkildə bəhs edib.