DÜNYA
Göyərtəsində Braziliya futbolçularının olduğu təyyarə qəzaya uğrayıb
Bakı, 29 noyabr, AZƏRTAC
Göyərtəsində Braziliyanın “Şapekoense” klubu futbolçularının da olduğu təyyarə Kolumbiyada qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, Univision telekanalının yaydığı məlumata görə, təyyarənin göyərtəsində 72 nəfər sərnişin və 9 ekipaj üzvü olub. Mi Oriente portalı yazır ki, təyyarə yanacaq çatışmazlığı səbəbindən Antiokiya əyalətinin La Unon rayonunda yerə düşüb. Kolumbiyanın José María Córdova aeroportu administrasiyası iqlim şəraitinə görə qəza yerinə getməyin çətinləşdiyini bildirib.
Təyyarə Kolumbiyanın Medelin şəhərinə uçurdu. Noyabrın 30-da burada Cənubi Amerika kuboku turniri çərçivəsində yerli “Atletiko Nasonal” və Braziliyanın “Şapekoense” klubları arasında oyun keçirilməli idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]
BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur
- 08.05.2024 [14:12]
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
- 08.05.2024 [13:35]
Çexiyada pivə istehlakı tarixi minimuma enib
- 08.05.2024 [12:55]
“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir
- 08.05.2024 [12:45]
İsrail Kerem-Şalom keçid məntəqəsini açıb
- 08.05.2024 [12:20]