CƏMİYYƏT
Göygöl rayonunda avtomobil yolu keçmək istəyən piyadanı vurub
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 10-da axşam saatlarında Göygöl rayonunun Yeni Qızılca kənd ərazisində “BMW” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, piyada hadisə yerində ölüb. Onun üzərindən heç bir sənəd aşkar olunmayıb. Ölən kişinin əlamətləri belədir: yaşı 50-60 arası, boyu 163 santımetr, arıq bədən quruluşlu, saçları qara, gözlərinin rəngi aladır. Əynində qara kostyum, boz köynək və qara şalvar olub.
Şəkildəki kişini tanıyanlardan və onun barədə məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Göygöl Rayon Polis Şöbəsinə və (022) 205-22-79; (055) 545-11-02 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.