CƏMİYYƏT


Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 24 iyun, AZƏRTAC 

Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Göygöl rayonunun Aşıqlı kəndi ərazisində Gəncə şəhər sakini E.Novruzov idarə etdiyi “QAZ-24” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub. Nəticədə sərnişini olan arvadı Dürdanə Namazova hadisə yerində ölüb, özü və digər iki sərnişini xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.