CƏMİYYƏT


Göygöl rayonunda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

Bakı, 10 yanvar, AZƏRTAC 

Yanvarın 8-də saat 21 radələrində Göygöl rayonunun Murovdağ qəsəbəsi ərazisində yolu keçən Samux rayon sakini M.İsgəndərov naməlum avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.

Xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-217030” markalı avtomobilin sürücüsü S.İsmayılov Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Hadisə ilə bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.