İDMAN


Güləşçilərimiz Tbilisidə keçirilən Qran-Pri turnirinin son günündə beş medal qazanıblar

Bakı, 10 avqust, AZƏRTAC 

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə Qran-Pri turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, yarışların sonuncu günündə 86, 97, 125 kiloqram çəki dərəcələrində sərbəst, 82, 97 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşində medalçılar müəyyənləşib. Pəhləvanlarımızdan beşi fəxri kürsüyə qalxıb.

Yunan-Roma güləşi üzrə yarışda Rafiq Hüseynov (82 kq) və Orxan Nuriyev (97 kq) gümüş, Elvin Mürsəliyev (82 kq) və Beka Kandelaki (130 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşdə isə Hacımurad Məhəmmədsəidov (86 kq) ikinci yeri tutub.

Beləliklə, güləşçilərimiz Qran-Pri turnirində, ümumilikdə, 13 medal qazanıb. Bunlardan ikisi qızıl, yeddisi gümüş, dördü isə bürünc olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.