DÜNYA


Gürcüstan bu il daha bir beynəlxalq əhəmiyyətli avtomobil yolunun tikintisinə başlayacaq

Tbilisi, 18 fevral, AZƏRTAC

Gürcüstan hökuməti bu il daha bir beynəlxalq əhəmiyyətli yolun tikintisinə başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili parlamentdəki çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, hökumət Kaxeti bölgəsində 35 kilometrlik Tbilisi-Saqareco yolunun inşası ilə bağlı qərar qəbul edib. Dövlət büdcəsindən maliyyələşəcək yeni yolun inşası Gürcüstanın iqtisadi inkişafını sürətləndirəcək.

Yolun konkret hissələrinin tikintisi ilə bağlı tender keçiriləcək. Tenderdə xarici və yerli şirkətlər iştirak edə biləcək. Tenderin bu ilin noyabr-dekabr aylarında elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, dörd zolaqlı Tbilisi-Saqareco yolu Gürcüstan-Azərbaycan tranzit dəhlizi üzərində yerləşir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.