DÜNYA


Gürcüstan hökuməti bütün münaqişələrin sülh yolu ilə həlli siyasətinə sadiqdir

Gürcüstan hökuməti bütün münaqişələrin sülh yolu ilə həlli siyasətinə sadiqdir

Tbilisi, 7 fevral, AZƏRTAC

Gürcüstan hökuməti bütün münaqişələrin sülh yolu ilə həlli siyasətinə sadiqdir və bu istiqamətdə səylərini davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi, Cenevrə beynəlxalq danışıqlarının həmsədri Toivo Klaar ilə görüşdə söyləyib.

Gürcüstan hökuməti administrasiyasından bildirilib ki, görüşdə Gürcüstanın işğal olunmuş ərazilərindəki mövcud vəziyyət, eləcə də digər münaqişələr diqqət mərkəzində olub.

Hökumət administrasiyasında keçirilən görüşdə münaqişələrin sülh yolu ilə həllinin vacibliyi qeyd edilib. Bu kontekstdə Cenevrədə beynəlxalq danışıqlar formatında effektiv, nəzərəçarpacaq nəticələrin əldə edilməsinin vacibliyi vurğulanıb.

İrakli Qaribaşvili münaqişənin sülh yolu ilə həlli prosesində göstərdiyi şəxsi səylərə görə Toivo Klaara təşəkkür edib və Gürcüstan hökumətinin münaqişənin sülh yolu ilə həlli siyasətinə sadiqliyini bir daha təsdiqləyib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.