DÜNYA
Gürcüstan iqtisadiyyatına cəlb olunan xarici investisiyaların həcmi 41,7 faiz azalıb
Tbilisi, 11 avqust, AZƏRTAC
Pandemiya Gürcüstanda bir çox proseslərə, o cümlədən investisiyaların cəlb olunması prosesinə ciddi mənfi təsir göstərib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat naziri Natia Turnava məlumat verib.
Onun sözlərinə görə, Gürcüstan iqtisadiyyatına yönəldilən xarici investisiyaların həcmi cari ilin birinci rübündə 165,4 milyon dollar təşkil edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 41,7 faiz azdır.
Bildirilib ki, bu göstərici 2009-cu ildən indiyədək ən aşağı göstəricidir.
Qeyd olunub ki, 2019-cu ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına 283,6 milyon dollar investisiya cəlb olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [20:01]
Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb
- 04.05.2024 [17:34]
“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır
- 04.05.2024 [16:16]
Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb
- 04.05.2024 [15:54]
Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır
- 04.05.2024 [15:52]
Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO
- 04.05.2024 [14:51]