DÜNYA


Gürcüstan müxalifəti paytaxt Tbilisidə etiraz aksiyası keçirib

Tbilisi, 2 dekabr, AZƏRTAC

Gürcüstanın müxalifət partiyalarının liderləri və üzvləri dekabrın 2-də Tbilisinin mərkəzi Rustaveli prospektində, parlament binası önündə etiraz aksiyası keçiriblər. Aksiyada minlərlə insan iştirak edib.

AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları əsasən ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini, noyabrın 28-də keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrinin ləğv olunmasını tələb ediblər.

Mitinq təşkilatçıları hesab edirlər ki, ciddi qanun pozuntuları, cinayətkar əməllərlə müşayiət olunan seçkilər gürcü xalqı üçün utandırıcı tarixi hadisədir.

Müxalifət liderləri proporsional və ya regional-proporsional parlament seçkilərinin keçirilməsinin vacibliyini vurğulayıblar.

Gürcüstanın əsas ana müxalifəti hesab olunan “Vahid Milli Hərəkat” partiyasının yaradıcısı, hazırda xaricdə yaşayan eks-prezident Mixeil Saakaşvili “Skype” vasitəsilə aksiyaya qoşulub və xalqı daha kəskin mübarizəyə səsləyib.

Polis tərəfindən aksiya iştirakçılarının təhlükəsizliyi qorunub.

Təcili tibbi yardım işçiləri mitinqdə halı pisləşən insanlara yardım göstəriblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.