CƏMİYYƏT
Gürcüstan saytı AZƏRTAC-ın müxbirinin “Yeni Əsrin Müqaviləsi” barədə məqaləsini dərc edilib
Tbilisi, 24 sentyabr, AZƏRTAC
Gürcüstanın newsday.ge saytında “Yeni Əsrin Müqaviləsi”: Azərbaycanın və Gürcüstanın siyasi-iqtisadi və mədəni inkişafında yeni mərhələ” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə “Əsrin müqaviəsi”nin imzalanmasından keçən 23 il ərzində Azərbaycanın qazandığı uğurlardan söz açılır, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin dünyada söz sahibinə, etibarlı tərəfdaşa çevrildiyi xüsusi qeyd olunur. Azərbaycan və Gürcüstanın iştirakı ilə həyata keçirilən müqavilələrdən, bu iki dövlətin regionda və dünyada artan nüfuzundan bəhs edilir.
Məqalənin müəllifi, AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri “Yeni Əsrin Müqaviləsi”nin əhəmiyyətindən söhbət açır, bu sazişin təkcə Azərbaycanın deyil, regionun inkişafında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə çatdırır.
Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin müqavilənin imzalanması mərasimindəki çıxışından sitatlar gətirilib, dünyanın aparıcı neft-qaz şirkətlərinin rəhbərlərinin, dünya liderlərinin müqavilə ilə bağlı fikirləri qeyd olunub.