DÜNYA
Gürcüstanda daha bir nazir və müavini koronavirusa yoluxub
Tbilisi, 1 dekabr, AZƏRTAC
Gürcüstanda daha bir nazir və onun müavini COVID-19 virusuna yoluxub.
AZƏRTAC xəbər verir ki, ölkənin maliyyə naziri İvane Maçavariani və onun müavini Siorgi Kakauridzenin koronavirusa yoluxması təsdiqlənib.
Maliyyə Nazirliyindən bildirilib ki, nazir özünü yaxşı hiss edir və işini distant rejimdə davam etdirir.
Nazir müavini Giorgi Kakauridze də ev şəraitində müalicə olunur.
Qeyd edək ki, bu, Gürcüstanda koronavirusa yoluxan 4-cü nazirdir.
Bundan əvvəl Gürcüstanın Baş naziri Giorgi Qaxaria, iqtisadiyyat naziri Natiya Turnva və ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili koronavirusa yoluxmuşdu.
Təhsil naziri Mixeil Çxenkeli isə yoluxma şübhəsi ilə özünü təcrid etmişdi.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [13:40]
Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır
- 07.05.2024 [13:03]
BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb
- 07.05.2024 [12:57]
Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir
- 07.05.2024 [12:47]
Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb
- 07.05.2024 [12:44]
Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb
- 07.05.2024 [12:26]
CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb
- 07.05.2024 [12:20]
Rusiya Prezidentinin inauqurasiyası olacaq
- 07.05.2024 [12:11]
Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib
- 07.05.2024 [11:59]