DÜNYA
Gürcüstanda koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb
Tbilisi, 2 noyabr, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb. Son sutkada ölkədə daha 5 553 nəfər koronavirusa yoluxub. Bu da son 3 ayda ən yüksək göstəricidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən məlumat verilib.
Bildirilir ki, son sutkada daha 47 nəfər pandemiyanın qurbanı olub.
Məlumatda deyilir ki, bununla da Gürcüstanda indiyədək COVID-19-a yoluxanların ümumi sayı 726 941-ə, ölənlərin sayı isə 10 136-ya çatıb.
Ötən 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 4 223 nəfər artaraq 669 822-yə çatıb.
Qeyd edilir ki, ölkədə koronavirusa qarşı vaksinasiyada da kəskin azalma qeydə alınıb. Son sutkada ölkə üzrə cəmi 3369 nəfər vaksin vurdurub.
Ümumilikdə isə vaksinasiyanın başladığı vaxtdan bu günədək 1 982 593 nəfər vaksin olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi