DÜNYA
Gürcüstanda prezident seçkilərində ikinci tur dekabrın 2-dək keçiriləcək
Tbilisi, 29 oktyabr, AZƏRTAC
Gürcüstanda prezident seçkilərinin qalibi ikinci turda məlum olacaq. İkinci tur isə dekabrın 2-dək keçirilməlidir.
Gürcüstan Mərkəzi Seçki Komissiyasından AZƏRTAC-a bildiriblər ki, dairə seçki komissiyaları prezident seçkilərinin nəticələrini noyabrın 8-dək yekunlaşdırmalıdırlar. Son protokollar MSK-ya noyabrın 9-dan gec olmayaraq göndərilməlidir.
MSK-nın ilkin məlumatlarına əsasən, prezidentliyə namizəd Salome Zurabişvilinin lehinə 614 min 964 seçici səs verib və o, səslərin 38,66 faizini qazanıb. Onun əsas rəqibi Qriqol Vaşadze isə 599 min 662 səs toplamaqla 37,7 faizlə ikinci yerdədir.
Digər namizədlərdən David Bakradze 10,97 faiz, Şalva Natelaşvili 3,76 faiz, David Usupaşvili 2,26 faiz, Zurab Caparidze 2,26 faiz və Kaxa Kukava 1,33 faiz səs toplayıblar.
Qalan 16 namizədin hər biri isə 1 faizdən az səs toplayıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]