DÜNYA


Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər oktyabrın 2-də keçiriləcək

Tbilisi, 25 iyun, AZƏRTAC

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin tarixi qanunla müəyyən ediləcək. Bu, Gürcüstanın Seçki Məcəlləsinə təklif olunan yeni düzəlişlərdə əksini tapıb.

AZƏRTAC xəbər verir ki, layihəyə əsasən, yerli seçkilər oktyabr ayının ilk şənbə günü keçiriləcək.

Buna müvafiq olaraq, qonşu ölkədə builki yerli seçkilər oktyabrın 2-də baş tutacaq.

Yerli seçkilərin tarixinin qanunda əks olunmasını müxalifət təklif edib və çoxluq tərəfindən birinci oxunuşda dəstəklənib.

Gürcüstanın Seçki Məcəlləsinə təklif olunan bu düzəlişlər parlamentdə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.