Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

İzin verin, Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyi münasibətilə Gürcüstan hökuməti və xalqı adından səmimi təbriklərimi çatdırım.

Ölkələrimiz arasında qədim tarixi olan mehriban qonşuluğa, qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan güclü dostluq əlaqələri mövcuddur. Qeyd etmək çox xoşdur ki, ötən müddət ərzində səmərəli və intensiv ikitərəfli əməkdaşlıq əlaqələrimizin şaxələnməsində mühüm rol oynamışdır.

Regional təhlükəsizlik və inkişaf naminə ölkələrimiz arasında strateji tərəfdaşlığı möhkəmləndirmək üçün Sizinlə daha fəal əməkdaşlığa hazıram.

Zati-aliləri, bu əlamətdar yubiley münasibətilə ən yüksək ehtiramımı və qardaş Azərbaycan xalqına davamlı sülh və inkişaf arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Giorgi Kvirikaşvili

Gürcüstanın Baş naziri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin