Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Gürcüstanın Baş naziri Mamuka Baxtadzedən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Doğum gününüz münasibətilə Gürcüstan hökuməti adından Sizə ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, iki dost ölkə və xalq arasında dostluğa, qarşılıqlı etibara əsaslanan yaxın və möhkəm əlaqələrimiz gələcəkdə daha da möhkəmlənəcəkdir. Əminəm ki, bizim nümunəvi tərəfdaşlığımız regionda sülhün və təhlükəsizliyin qorunmasında böyük rol oynamaqdadır.

Hörmətli cənab Prezident, ürək sözlərimi ifadə edərək, Sizə öz dərin ehtiramımı, ən xoş arzularımı çatdırır, möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm.

Hörmətlə,

 

Mamuka Baxtadze

Gürcüstanın Baş naziri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin