Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində baş verən yanğınla əlaqədar aldığım xəbər məni dərindən kədərləndirdi.

Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm.

Zati-aliləri, vəfat edənlərin ailələrinə mənim başsağlığımı, xəsarət alanlara isə tez sağalmaları diləklərimi çatdırmağınızı xahiş edirəm.

Bütün hallarda Gürcüstanın dəstəyinə güvənə bilərsiniz.

Hörmətlə,

 

Giorgi Marqvelaşvili

Gürcüstanın Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin