CƏMİYYƏT
Gürcüstanın informasiya portalında “Azərbaycan-Gürcüstan: 25” adlı məqalə dərc olunub
Tbilisi, 23 noyabr, AZƏRTAC
Gürcüstanın gaxa.ge informasiya portalında AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizovun “Azərbaycan-Gürcüstan: 25” sərlövhəli məqaləsi dərc olunub.
Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş məqalədə ölkələrimiz arasındakı qədim dostluq və mehriban qonşuluq əlaqələrindən bəhs olunur. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra münasibətlərimizin daha da genişlənməsi, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məqalədə xüsusi qeyd olunub.
Yazıda iki ölkənin iştirakı ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrindən, beynəlxalq əməkdaşlıqdan da geniş bəhs olunur.
Məqalənin tam mətni ilə https://www.gaxa.ge/az%C9%99rbaycan-gurcustan-25/ portalından tanış olmaq olar.