Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Gürcüstanın sabiq Prezidenti Giorgi Marqvelaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident İlham Əliyev.

Sizi doğum gününüz münasibətilə təbrik edir və Sizə ən yaxşı arzularımı çatdırıram. Regionumuzda sülhün bərqərar olunması və inkişafın təmin edilməsində Sizin rolunuzu yüksək qiymətləndirirəm. Xalqlarımızın bu günü və gələcəyinin daha yaxşı olması naminə Sizinlə işləmək həqiqətən çox faydalı idi.

Sülh quruculuğunun, regional və qlobal müzakirələrin mühüm platforması olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Sizə, ailənizə, dostlarınıza və xalqınıza ən xoş arzularımı bildirir, bütün gələcək təşəbbüslərinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

Giorgi Marqvelaşvili

Gürcüstanın sabiq Prezidenti (2013-2018),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin