İQTİSADİYYAT
HACI ZEYNALABDİN TAĞIYEVİN XATİRƏ GÜNÜ QEYD EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mərkəzin rəhbəri, maraqlı romanlar, o cümlədən “Hacının qızıl üzüyü” romanının müəllifi yazıçı Oqtay Salamzadə, Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ələkbər Heydərov, respublika Ağsaqqallar Şurasının sədri akademik Budaq Budaqov, “Xəzər” Beynəlxalq Fondunun prezidenti Rəhim Hüseynov, yazıçı Əli Səmədli, “Hacının ölməz ruhuna” kitabının müəllifi Mirvari Rəhimzadə, Sara xanım Fondunun vitse-prezidenti Arif Ağayev və başqaları çıxış etmişlər. Onlar Hacı Zeynalabdin Tağıyevin unudulmaz xidmətlərindən, xalqımızı bütün dünyada tanıtmaq səylərindən danışmış, ona Tanrıdan rəhmət diləmişlər. Xatırladılmışdır ki, Hacının məzarı yerləşən kompleksdə bərpa-abadlıq işləri görülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondundan bu işlər üçün böyük məbləğdə vəsait ayrılmışdır.
Şairə Mahcamal, neftçi Hümbət Hacıyev böyük Azərbaycan xeyriyyəçisini vəsf edən şerlərini oxumuşlar. Şair Teyyub Qurban “Şirvannəşr”də bu yaxınlarda çapdan çıxmış və böyük xeyriyyəçiyə həsr olunmuş kitabını təqdim etmiş, Olqa Tumakovanın Hacıya məhəbbətlə yazdığı şeri Azərbaycan dilində oxumuşdur.
Hacı Zeynalabdin Tağıyevin nəticəsi Tofiq Tağıyev babasının ruhuna göstərdikləri ehtirama görə xatirə mərasiminin iştirakçılarına minnətdarlığını bildirmişdir.
Xatirə günü Hacının nəvəsi, Sara xanımın qızı Səfiyyə xanımın evində ehsan süfrəsi ilə başa çatmışdır.