ELM VƏ TƏHSİL
HEYDƏR ƏLİYEV İDEYALARI ƏBƏDİ YAŞAYACAQDIR
AZƏRTAC xəbər verir ki, Təhsil Problemləri İnstitutunda xalqımızın müdrik oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş elmi - praktik konfrans keçirilmişdir.
İnstitutun direktoru, professor Abdulla Mehrabov müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından, bütün həyatını və fəaliyyətini xalqımıza, onun tərəqqisinə, xoşbəxtliyinə həsr etməsindən danışmış, zəngin dövlət idarəçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətini diqqətə çatdırmış, ideyalarının əbədi yaşayacağını vurğulamışdır.
Sonra professor Akif Abbasovun “Heydər Əliyev təhsilimizin dünəni, bu günü və sabahı haqqında”, professor Vidadi Xəlilovun “Heydər Əliyev və Azərbaycan incəsənəti”, psixologiya elmləri doktoru Ramiz Əliyevin Azərbaycan təhsilinin inkişafında Heydər Əliyevin rolu”, pedaqoji elmlər namizədi İntiqam Cəbrayılovun “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzularında məruzələri dinlənilmişdir.