Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

HİNDİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏBDÜL KALAMA

Hörmətli cənab Prezident,

Şattl “Kolambiya” kosmik gəmisinin qəzaya uğraması və ekipaj üzvlərinin tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Baş vermiş faciə nəticəsində həmvətəniniz Kalpana Çaulanın həlak olması ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Hindistan xalqına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 fevral 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin