RƏSMİ SƏNƏDLƏR
HİNDİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KOÇERİL RAMAN NARAYANANA
Hörmətli cənab Prezident,
Qucarat ştatında sərnişin qatarında baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailə üzvlərinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
28 fevral 2002-ci il